waplog

Texnologiya və elektron resursların səmərəli istifadəsi üzrə müəllimlər üçün təlimlər başlayır


 “İnformasiya və kommunikasiya texnologiyaları (İKT ) mütəmadi olaraq müəllimləri, kurrikulum mütəxəssislərini və qlobal müəllim-pedaqoq icmasını birləşdirərək onların inkişafına təkan verir. Təhsil sahəsində texnologiyanın tətbiqi nəticəsində müəllim mərkəzli mühazirə təlimindən, tələbə mərkəzli interaktiv, konstruktiv öyrənməyə keçid prosesi baş verir.

Müasir tədris və öyrənmə istiqamətində Azərbaycan müəllimlərini dəstəkləyən “Chevron Xəzər” və “Mədəd-Azərbaycan” müəllimlərin peşəkar inkişafı məqsədilə Bakı şəhərində və dörd rayonda yeni təşəbbüsün həyata keçirilməsinə başlayıb”.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” ilə sıx əlaqədə keçirilən layihə siniflərdə texnologiya və elektron resursların səmərəli istifadəsi üzrə müəllimlər üçün təlimlər nəzərdə tutur.

Təşəbbüsün davamlılığını təmin etmək üçün layihədə iştirak edən məktəblərdə həmkar təlimçilər şəbəkəsi yaradılacaq və bu şəbəkə vasitəsilə müəllimlərlə iş davam etdiriləcək. Layihədə Bakı şəhəri və Bərdə, Goranboy, Yevlax və Ucar rayonlarından 1000 müəllimin iştirakı nəzərdə tutulub.

Müəllimlər “Relif İnternəşnl–Skulz Onlayn “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, “İntel Gələcək üçün Təhsil” və “Microsoft Həmkara Dəstək” təlim proqramları əsasında təşkil edilmiş təlimlərdə iştirak edəcəklər. Layihənin nəticəsi olaraq, təlim və tədris prosesinin keyfiyyətini təmin etmək üçün iştirakçılar müasir yanaşmalar, təhsil texnologiyaları və elektron təhsil resursları üzrə təcrübi bilik və bacarıqlarını artıracaqlar.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL