waplog

Audiovizual və rəqəmli sənayeyə həsr olunmuş sərgi keçiriləcək


1-4 aprel tarixlərində Fransanın Kann şəhərində audiovizual və rəqəmli sənayeyə həsr olunmuş  MIPTV/MILIA 2012 beynəlxalq sərgisi baş tutacaq. Tədbir Reed MIDEM şirkətinin təşkilatçılığı ilə "Palais des Festivals de Cannes" kompleksində reallaşacaq.

MIPTV/MILIA yeni beynəlxalq televiziya kanallarının geniş auditoriyaya təqdim olunduğu bir məkandır. Tədbir rəqəmli texnikanın müxtəlif çeşidlərini təqdim etməklə bir çox sərgilərdən fərqlənir.

Sərginin əsas kontingentini media-kanalların, provayderlərin nümayəndələri və marketoloqlar təşkil edir. Burada iştirakçılar informasiya texnologiyaları sahəsində əldə olunan yenilikləri təqdim etməklə yanaşı qarşılıqlı faydalı əlaqələr qurmaq imkanı əldə edirlər.

Tədbir çərçivəsində sahə üzrə təlim prosesini həyata keçirən seminarların təşkil olunması nəzərdə tutulub. MIPTV/MILIA 2012 yeni avadanlıq və texnologiyaları təbliğ etməklə yanaşı, iştirakçı şirkətlərə bazarın xüsusiyyətlərini və tələblərini müəyyən etməkdə yardım edir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL