Günəş batareyaları ilə təchiz edilmiş təyyarə 48 saat müddətində havada olacaq
Pilotlar Bertran Pikar və Andre Borşber 2012-ci ildə yeni rekorda imza atmağa hazırlaşırlar. Onlar günəş batareyaları ilə təchiz edilmiş “Solar Impulse” adlı təyyarə ilə İsveçrə ərazisindən Mərakeşə 48 saatlıq uçuş həyata keçirməyi planlaşdırırlar.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, planlaşdırılmış marşrutun uzunluğu 2500 kilometrdən çoxdur. Məsafənin belə uzun olmasına baxmayaraq, pilotların dəyişdirilməsi üçün yalnız bir enmə olacaq.
Məlumat üçün bildirim ki, “Solar Impulse” təyyarəsinin pilotları 2010-cu ildə havada 26 saat 10 dəqiqə 19 saniyə qalmaqla rekord təyin etmişdilər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL