Yaponiyada məsafədən idarə olunan insanabənzər robotlar arasında əlbəyaxa döyüş üzrə “Robo-One” çempionatı keçirilib. Həvəskar çempionatlardan fərqli olaraq, bu çempionatda əsas məsələ rəqibin ayaq hissəsindən vurmaq olub.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Garoo” adlı robot yenə də çempionatın qalibi olub. O, final döyüşündə “Gargoyle mini” adlı rəqibi ilə mübarizə aparıb.