BTRİB NGN texnologiyasının tətbiqini genişləndirir
Bakı şəhərində rabitə şəbəkəsinin daha müasir şəkildə qurulması, o cümlədən abunəçilərə multimedia və ənənəvi telefon xidmətlərinin yüksək səviyyədə göstərilməsi üçün Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən bir çox ATS-lər ən yeni telekommunikasiya sistemi olan NGN –“Yeni nəsil” şəbəkə sistemi texnologiyası əsasında yenidən qurulub.
Şıxlinski küçəsində yerləşən 579 indeksli Mehmandarov ATS-i də bu qəbildəndir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Nizami Telefon Qovşağının baş mühəndisi Yasin Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda yeni stansiyanın abunə tutumu 4192 nömrəni, ADSL port tutumu isə 2016 portu əhatə edir. Stansiya “Huawei” şirkətinin istehsalı olan müasir avadanlıqlarla təchiz olunub.
“Mehmandarov ATS-i aprel ayının 2-də istismara verilməklə abunəçilərin NGN texnologiyasının verdiyi üstünlüklərdən istifadəsi təmin olunacaq”, – deyə baş mühəndis bildirib.
Xatırladaq ki, bu texnologiya istifadəçilərə İP-TV, videotelefon, genişzolaqlı internet şəbəkəsinə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanını təqdim edir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL