Elektron bankinq xidmətinə maraq artır
Azərbaycan Beynəlxalq Bankının (ABB) müştəriləri tərəfindən 2007-2011-ci illərdə elektron bankinqin bütün kanalları üzrə 62,6 mln. manat həcmində 2 126,05 min əməliyyat keçirilib.
ABB-nin mətbuat xidmətindən verilən məlumata görə, manat həcmində 450,3 min əməliyyat keçirilib. Halbuki 2007-ci ildə bu göstərici müvafiq olaraq 4,9 mln. manat və 243,8 min olub.
Ötən il bütün əməliyyatların 94%-i mobil operatorların xidmətinin ödənişinin payına düşüb. Əməliyyatların 68%-i “CardTransfer” xidməti (bir bank kartından digərinə təcili pulköçürmələri) vasitəsilə həyata keçirilib.
Kartlarla əməliyyatların 91%-nin bankomatlar vasitəsilə həyata keçirilməsinə baxmayaraq, onların tranzaksiyalarda xüsusi çəkisi cəmi 23% təşkil edib.
Elektron bankinq dövriyyəsinin 37%-i internet-bankinqin, 7%-i “MobilBank” xidmətinin, 33%-i isə “CardTransfer” xidməti vasitəsilə təmin olunan informasiya köşklərinin payına düşüb.
“CardTransfer” xidməti vasitəsilə 2007-2011-ci illərdə 40 mln. manat həcmində 71 min əməliyyat keçirilib. Xidmət çərçivəsində əməliyyatların orta məbləği 2008-ci ildən 600 manat təşkil edir. Ötən il “CardTransfer” xidməti vasitəsilə 11,5 mln. manat həcmində 17,4 min əməliyyat keçirilib.
Elektron depozit xidməti (bank kartı vasitəsilə təcili depozitin açılması) üzrə dövriyyənin həcmi 2009-2011-ci illərdə 3,78 mln. manat təşkil edib.
İnternet-bankinq xidmətinə 2011-ci ildə 3 427 nəfər qoşulub ki, onların 2 962-si fiziki şəxslər, 465-i isə korporativ müştərilərdir. İllik müqayisədə xidmətə qoşulan fiziki şəxslərin sayı 36%, hüquqi şəxslərin sayı isə 30% artıb.
ABB həmçinin “MobilBank” xidmətinə marağın artdığını qeyd edir. Bu günədək xidmətə qoşulanların sayı 1000 nəfərə yaxındır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL