Elektron sağlamlıq kartlarının təcili tibbi yardım maşınlarında oxunması üçün qurğular sifariş olunacaq
"Vətəndaşların Elektron Sağlamlıq Kartı"nın (VESK) təcili tibbi yardım maşınlarında oxunması üçün sınaqlar aparmaq niyyətində olan Səhiyyə Nazirliyi bu məqsədlə xüsusi qurğular almağı planlaşdırır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.
Mərkəzin direktoru bildirib ki, qurğuların bu il ərzində sifariş olunması nəzərdə tutulur: "Onların konkret hansı ölkədən sifariş ediləcəyi hələlik müəyyənləşdirilməyib. Qurğular ölkəyə gətirildikdən sonra onlar üçün proqram təminatı hazırlanacaq. Ümid edirik ki, ilin sonuna qədər bu iş tamamlanacaq və Bakı şəhərindəki təcili tibbi yardım maşınlarında çalışan həkimlər kartların oxunmasına imkan verən qurğularla təchiz olunacaqlar. Həkimlər də qurğular vasitəsilə istənilən zaman elektron sağlamlıq kartlarında olan məlumatları oxuyub operativ nəticə cıxara biləcəklər".
C.Əsədzadənin sözlərinə görə, bununla da kartda olan informasiyaların xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda oxunması ilə yanaşı, təcili tibbi yardım maşınlarında kompyuterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunması və dəyişdiriməsi mümkün olacaq.
Qeyd edək ki, bu prosesin əsas məqsədi internet olmadığı məkanda əsas bazadan məlumatların oxunmasının mümkünlüyünə şərait yaratmaqdır. Kartların üzərindəki çiplər vasitəsilə məlumatların oxunması fövqəladə hallar zamanı, eləcə də vətəndaşın xəstəlikləri ilə bağlı məlumat verə bilmədiyi hallarda köməyə çatacaq.
Bu sınaq başa çatdıqdan sonra kartı tibb maşınlarında quraşdırılmış oxucuya salaraq, bütün lazımi məlumatları anında əldə etmək mümkün olacaq. Bu da xəstəyə qısa zaman ərzində daha operativ diaqnoz qoyulmasına, müayinə və müalicə prosesinin tezləşdirilməsinə, vaxtında yardım edilməsinə imkan verəcək.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL