Kompyuter və digər avadanlıqlarla təchiz olunmuş mobil gömrük bölmələri yaradılıb
Azərbaycan Respublikasının gömrük ərazisində (avtomobil yollarında, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti üçün zəruri sənədlərin olduğu yerlərdə, eləcə də icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi yerlərdə və s.) törədilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar və xəbərdar edilməsi, habelə qarşısının alınması, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına, habelə gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin etmək məqsədilə ən müasir nəqliyyat vasitələri, eləcə də kompyuter və digər avadanlıqlarla təchiz olunmuş mobil gömrük bölmələri yaradılıb.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Vətəndaşların nəzərinə çatdırılır ki, Dövlət Gömrük Komitəsinin 192 saylı “qaynar xətt”ində mobil gömrük bölmələri ilə birbaşa əlaqə yaratmaq üçün artıq xüsusi rabitə xidməti mövcuddur. Belə ki, hər bir vətəndaş 192 saylı “qaynar xətt”i yığaraq 7 nömrəsini daxil etməklə və ya DGK-nin internet səhifəsi (www.dgk.gov.az) vasitəsilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin Mobil gömrük şöbəsi ilə birbaşa əlaqə yarada bilər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL