waplog

Şamaxıda baş verən sürüşmə TAE xətti üçün problem yaratmayıb


Almaniyanin Frankfurt şəhərindən Çinin Şanxay şəhərinə 24 min kilometr məsafədə çəkilən TAE (Trans Asia Evropa) Fiber Optik kabel xəttinin Bakı-Qazax seqmentinin Ağsu aşırımında və Şamaxı rayonunun Muğanlı kəndində baş verən sürüşmə zonasından keçən hissəsində mövcud təhlükənin qarşısı alınıb. "İCTnews" elektron xəbər xidmətinə bu barədə məlumatı "Aztelekom" İB-nin Kabel Magistralların Texniki Qovşağının (KMTQ) rəisi Ağamirzə Ağamirzəyey verib.

Onun sözlərinə görə, hələ TAE xəttinin Bakı-Qazax seqmenti çəkiləndə bu amil nəzərə alındığından ərazidən keçən kabel xətti həm havadan, həm də yeraltı çəkildiyindən rabitənin alternativliyi təmin edilib."Buna baxmayaraq biz ərazidə daimi tədbirlər həyata keçiririk. Əvvəllər yeraltı  kabel xətti 1,2 metr dərinlikdə çəkilmişdi.

Biz real təhlükənin qarşısını almaq üçün kabelin yerləşmə dərinliyini 50 santimetrədək azaltdıq. Hazırda sürüşmə hadisəsinin aktiv olan ərazilərində xəttin qırılmaması üçün kabelləri torpağın altından çıxarmışıq" - deyə rəis bildirdi.

O, daha sonra qeyd etdi ki, hazırda sürüşmə Şamaxı-Mərəzə avtomagistralının Açıdərə çayı ərazisində daha aktiv şəkil alıb. İdarə tərəfindən bu ərazidə 650 metr məsafədə alternativ optik kabel xətti çəkilib. Bu real təhlükə anında rabitənin fasiləsizliyinin təmin edilməsinə hesablanıb. Hazırda ərazi nəzarət altındadır.

Məlumat üçün bildirək ki, Ağsu aşırımında və Muğanlı kəndində baş verən təbii fəlakət nəticəsində bağlanan avtomobil yolu bu gündən yalnız minik avtomobilləri üçün açılıb. Yük maşınlarının zonaya daxil olmaması üçün hər iki tərəfdən magistral yola şlaqbaum qoyulub.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL