waplog

Yapon alimləri radiasiyanı “görə bilən” kamera hazırlayıblar


Yaponiyanın kosmik agentliyinin (JAXA) və Yaponiyanın atom enerjisi üzrə Agentliyinin (JAEA) alimləri radiasiyanı "görə bilən" kamera nümunəsi təqdim ediblər.

Hazırlanmış qurğunun sensorları radioaktiv sezium və ya digər elementlər tərəfindən buraxılan qamma şüalanmasını qeyd edir və onun fəallığını və yoluxma ərazisini ekranda əks etdirir.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, alimlərin fikrinə görə, onların hazırlaması radioaktivlik mənbələrinin daha effektiv şəkildə axtarılmasına kömək edəcək. Yeni texnologiya digər qurğularla müqayisədə radiasiyaya yoluxmuş ərazilərin aşkar edilməsi üçün daha dəqiq məlumatlar əks etdirir.

Yapon alimləri radiasiyadan müdafiə olunmaq üsullarının hazırlanmasını müntəzəm şəkildə həyata keçirirlər. Məsələn, 2012-ci ilin əvvəlində əzilmiş televiziya kineskoplarından hazırlanmış antiradiasiya betonu təqdim edilib. O, 99% zərərli şüanın qarşısını alır.








 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL