waplog

Qazaxlılar “elektron ticarət”lə bağlı məlumatlandırılıblar


İqtisadi İnkişaf Nazirliyinin (İİN) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış “www.b2b.az” elektron ticarət portalı barədə daha bir rayonda məlumatlandırma işləri aparılıb.

Məlumatlandırma Qazax rayonunda sahibkarlar üçün “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzusunda təşkil olunan treninq çərçivəsində həyata keçirilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, İİN-in Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə də ətraflı məlumat verilib. Daha sonra iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL