Nano-Peyk Texnologiyaları üzrə Yaponiyada doktorluq dərəcəsi almaq üçün namizədlərin qəbulu elan edilir
Yaponiya Höküməti və BMT-nin Kosmik məsələlər üzrə İdarəsi tərəfindən Yaponiyanın Kyuşu Texnologiya İnstitutunda "Nano-Peyk Texnologiyaları üzrə Uzunmüddətli Təqaüd Proqramı" üzrə üçillik doktorluq dərəcəsinə ölkəmizdən namizədlərin qəbulu elan edilib.
Təqaüd proqramına müraciət edəcək namizədlər ingilis dilində mükəmməl yazı və danışıq bacarıqlarına, eləcə də, mühəndislik və ya ona yaxın texnologiya sahələri üzrə magistr dərəcəsinə və ya beşillik universitet təhsilinə sahib olmalıdırlar.
Namizədlər daha ətraflı məlumatı
http://www.unoosa.org/oosa/en/SAP/bsti/fellowship.html internet ünvanından əldə edə bilərlər.
Seçilmiş namizədlərin müvafiq xərcləri Kyuşu Texnologiya İnstitutu və BMT-nin Kosmik məsələlər üzrə İdarəsi tərəfindən qarşılanacaq.
Maraqlanan müvafiq namizədlər öz CV-lərini cari ilin 06 aprel tarixinə qədər "Azərkosmos" ASC-nin ofisinə (Ü.Hacıbəyov küç, 36) yə və ya hr@azercosmos.az elektron poçtuna göndərə bilərlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL