Yeni yaradılmış yalan detektoru həqiqəti gözlər vasitəsilə bilir
Baffalo Universitetinin amerikalı alimləri həqiqəti gözlər vasitəsilə bilən yalan detektorlarının yeni növünü yaradıblar. Yaradılmış xüsusi proqram veb-kamera vasitəsilə sınağa çəkilən insanın göz almalarının hərəkətini qeyd edir, onları təhlil edir və fikirlərin yalançılığını 80%-dən yuxarı dəqiqliklə müəyyən edir.
Yeni üsul 40 könüllü üzərində sınaqdan keçirilib.
Onları əvvəlcə təcrübəli müstəntiq bu və ya digər fikirlərin doğruluğunu təyin etmək üçün "sorğu-sual edib", sonra isə yalan detektoru sınaqdan keçirilib. Təcrübənin sonuna yaxın məlum oldu ki, müstəntiq 60% halda, lakin yalan detektoru 82,5% halda yalanları müəyyən edib.
Qurğunun yaradıcıları hesab edirlər ki, onu hələ çoxlu könüllülər üzərində sınaqdan keçirmək lazımdır, lakin qurğunun dəqiqliyi artıq indidən heyrətləndiricidir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL