waplog

SMS-məlumat xidməti test sınaq mərhələsindən uğurla keçib


 “Eurovision” Mahnı Müsabiqəsinin keçirilməsi ilə əlaqədar olaraq Bakıya gələcək bütün qonaqların zəruru məlumatlarla məlumatlandırılması məqsədilə bütün tədbirlər həyata keçirilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumatı “Azerfon” MMC-nin biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva verib.

Onun sözlərinə görə, dayanıqlı və fasiləsiz rabitə xidməti ilə yanaşı, qonaqlar üçün SMS xidməti də tətbiq ediləcək.

Belə ki, tədbir dövründə rouminq xidmətindən istifadə edən xarici qonaqlara rouminq xidmətini göstərən “Azərfon”MMC tərəfindən “Eurovision-2012” ilə bağlı rəsmi sayt, Telefon Məlumat Mərkəzi, səfirliyin əlaqə detalları və zəruri hesab ediləcək digər məlumatları əks etdirən SMS-lər onların mobil telefonlarına göndəriləcək.L.Nəsrullayeva bildirdi ki, bütün işlər test sınaq mərhələsindən uğurla keçib.



RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL