waplog

Kreditlər üzrə bağlanmış müqavilələr haqda məlumatlar elektron qaydada təqdim ediləcək


Dövlət zəmanəti ilə alınan kreditlər üzrə bağlanmış müqavilələr haqda  məlumatlar elektron qaydada təqdim ediləcək. Belə ki, vergi orqanına bu kreditlər hesabına mal (iş, xidmət) alınması ilə əlaqədar bağlanılan, məbləği 50 min manatdan yuxarı olan müqavilələr barədə məlumat formasının təqdim edilməsi tapşırılıb.

Fərmanın icrası ilə bağlı vergilər nazirinin əmrlərinə əsasən, artıq müqavilələr barədə məlumatların elektron təqdim edilməsi üçün müvafiq forma və həmin formanın doldurulması qaydası təsdiq edilib.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yeni formalarla yanaşı, məlumatların alınması, təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi üçün nazirlikdə yeni bir struktur - Dövlət satınalmaları üzrə vergi nəzarəti şöbəsi də yaradılıb: ”Nəhayət, bağlanılmış müqavilələr barədə məlumatların elektron təqdim edilməsi üçün yeni forma və həmin formanın doldurulması qaydası təsdiq edilib, dövlət satınalmalarına vergi nəzarəti üzrə Metodiki Tövsiyələr hazırlanıb. Yeni forma satınalmalar üzrə daha ətraflı məlumat almağa, dövlət satınalmalarına vergi nəzarətinin Metodiki Tövsiyələri isə bu sahədə vergitutma baxımından mövcud olan çatışmazlıqları daha səmərəli aradan qaldırmağa imkan verəcək”.

Nazirlikdə hesab edilir ki, bağlanılmış müqavilələr barədə məlumatların elektron təqdim edilməsi üçün yeni formanın və Metodiki Tövsiyələrin təsdiq edilməsi dövlət satın­almalarının effektiv surətdə vergiyə cəlb edilməsi üçün çox əhəmiyyətlidir. Bundan başqa, bu yenilik vergidən yayınma hallarının qarşısının alınmasına, büdcə ayırmalarından səmərəli və şəffaf istifadə vasitəsilə vergitutma bazasının genişləndirilməsinə də təkan verəcək.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL