waplog

Yeni “iPhone” smartfonu 2012-ci ilin yayında təqdim ediləcək


“Apple” şirkətinin mobil qurğuları üçün komponentlər istehsal edən “Foxconn” zavodunun əməkdaşları bildiriblər ki, yeni nəsil “iPhone” smartfonları 2012-ci ilin yayında təqdim ediləcək.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, mənbələrin sözlərinə görə, “Foxconn” müəssisəsi “Apple” şirkətinin yeni qurğusunu istehsal etmək üçün 18 mindən çox əməkdaş cəlb etməyə hazırlaşır. Növbəti nəsil “iPhone” smartfonunun artıq cari ilin iyun ayında təqdim ediləcəyi gözlənilir.

Məlumat üçün bildirim ki, əvvəllər “Apple” şirkəti smartfonlarını hər ilin yayında təqdim edirdi. Lakin keçən il “iPhone 4S” smartfonu ictimaiyyətə yalnız payızda təqdim edildi.



 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL