waplog

“Dövlət Miqrasiya Xidmətinin işinin təşkilində İKT geniş şəkildə tətbiq olunur”


“5 illik fəaliyyəti dövründə Dövlət Miqrasiya Xidmətinin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi istiqamətində də bir sıra mühüm işlər görülüb. Belə ki, Prezident cənab İlham Əliyevin 4 iyul 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi Haqqında Əsasnamə”nin müvafiq bəndlərinin icra edilməsi məqsədilə hazırlanmış iş planına uyğun olaraq VMMS-lə “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi arasında məlumat mübadiləsinin təşkili təkmilləşdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhəd buraxılış məntəqələrində yerləşən bölmələrində də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin VMMS-nin işçi yerləri yaradılıb və onun fəaliyyəti mərkəzi baza ilə əlaqələndirilib”. “İCTnews” elektron xidmətinin məlumatına görə, bu fikirləri DMX-nin 5-ci ildönümü və peşə bayramı günü münasibətilə keçirilən tədbirdə Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev səsləndirib. 

 Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə “Fəaliyyət Proqramı” çərçivəsində xidmətdaxili “elektron sənəd dövriyyəsinin təşkili” üçün proqram təminatı hazırlanıb.

 Həmçinin, cənab Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 24 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılıb və 1 sentyabr 2011-ci ildən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılıb.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL