İnternet vasitəsi ilə atalıq testi satılır
İtaliyada atalıq şübhələri olan kişilər DNT testi alaraq öz şübhələrinə son verirlər. Nəticələrə görə, test etdirən hər 5 italiyalı kişidən biri öz uşağının həqiqi atası deyil.
Öz uşağının həqiqi atası olduğundan şübhələnən kişilər çox sadə yola üz tuturlar. Əvvəl internet vasitəsi ilə satış həyata keçirən etibarlı bir şirkətdən qiymətləri 300-500 avro arasında dəyişən DNT testi alırlar. Daha sonra məktub ilə göndərilən, iki pambıqlı çubuq və plastik torbadan istifadə edərək, ata və uşaqdan nümunə götürülərək şirkətə məktubla göndərilir.
Nümunə kimi çeynənmiş saqqız, istifadə edilmiş dəsmal və saç nümunəsi də istifadə edilir. Beş gündən sonra atalıq testinin nəticəsi internet vasitəsi ilə açıqlanır. Rəsmi rəqəmlərə görə İtaliyada keçən il, 3 min 600 ata DNT testi etdirib. Nəticələrə görə, test etdirən hər 5 italiyalı kişidən birinin öz uşağının atası olmadığı məlum olub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL