Bütün müəllimlər interaktiv təlim texnologiyaları və inklüziv təhsil üzrə ixtisas artıracaq
Təhsil Nazirliyi "Əlavə təhsil" sahəsində əsas hədəflərini müəyyənləşdirib. Belə ki, yaxın müddətdə bütün ümumi təhsil müəssisələri müəllimlərinin fəal, interaktiv təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmasının təmin edilməsi nəzərdə tutulur.
Bundan başqa, müəllimlərə metodik kömək məqsədilə onlar üçün müasir qiymətləndirmə meyarlarının, vasitələrinin, monitorinq mexanizmlərinin və təhsilin təşkili üzrə digər tədris-metodik vəsaitlərinin hazırlanması, eləcə də tətbiqinin təmin edilməsi planlaşdırılır.
Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması da "Əlavə təhsil" sahəsində müəyyənləşdirilən vacib istiqamətlərdəndir.
Nazirlik qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılması sahəsində müasir tələblərə uyğun sistemin yaradılmasını nəzərdə tutur. Bu sahədə digər vacib istiqamət isə dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili üzrə qayda və mexanizmlərin işlənib tətbiq edilməsidir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL