“Azercell” : “Sim kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib”
Ötən gün Bakının müxtəlif satış məntəqələrində “Azercell” sim kartlarının qiymətlərinin qalxması müşahidə olunub. Məsələ ilə bağlı münasibət bildirən “ Azercell Telekom” MMC-dən gün ərzində şirkətə “Azercell” sim kartlarının qiymətlərinin qalxması ilə bağlı müraciətlər və sualların daxil olduğunu bildiriblər. ““Azercell” şirkəti rəsmən bildirir ki, şirkət tərəfindən sim kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib.
Sim kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və “Azercell” şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir” – deyə şirkətin məlumatında qeyd olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL