waplog

Vergi ödəyiciləri üçün yeni elektron xidmət mərkəzləri istifadəyə verilib


Vergilərin könüllü ödənilməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən şəhərlərdə,  xüsusilə vergi orqanı olmayan şəhər və rayon mərkəzlərində vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır.

Hazırda respublikamızda müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 31 belə xidmət mərkəzi fəaliyyət göstərir.

Aprelin 4-də Saatlı və Biləsuvar rayonlarında Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, 5 saylı Ərazi Vergilər İdarəsinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə növbəti Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, tədbirdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov respublika prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında”  fərmanından, eləcə də Azərbaycanda partnyorluq, səmərəli dövlət-biznes münasibətlərinin qurulması istiqamətində görülən işlər və bu sahədə 2011-ci ildə həyata keçirilən müxtəlif layihələrdən söz açıb: ”Sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən xidmət mərkəzləri pulsuz fəaliyyət göstərir. Bu xidmət mərkəzlərində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər”.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov isə vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi, 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı  Konsepsiyası”nın həyata keçirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL