waplog

Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlərin siyahısını genişləndirəcək


«Kənd Təsərrüfatı Nazirliyinin saytında (agro.gov.az) toxumların özəl istehsalına şəhadətnamənin verilməsi üçün ərizələrin və digər sənədlərin elektron formada təqdim edilməsi mümkündür». “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev söyləyib.

O, KTN-in elektron xidmətlərin göstərilməsinə başladığını önə çəkərək əlavə edib ki, saytda spirtli içkilərin, etil spirtinin istehsalı və idxalına, tibbi baytarlıq sahəsində özəl fəaliyyətə, baytarlıq preparatlarının istehsalı və reallaşdırılmasına görə lisenziyanın verilmə proseduru izah edilir.

M.Hacıyevin sözlərinə görə, qurumun göstərdiyi elektron xidmətlərin siyahısı yaxın vaxtlarda genişləndiriləcək: «Elektron xidmətlərdən, həmçinin nazirliyin struktur bölmələrinin (Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti, "Aqrolizinq" ASC, Aqrar Elm Mərkəzi) internet səhifələrində istifadə etmək olar».



SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL