UNESKO müəllimlər üçün İKT üzrə tövsiyələr hazırlayıb
UNESKO müəllimlərin İKT üzrə bacarıqlarına qarşı tələblərin (UNESCO’s ICT Competency Framework for Teachers) Çərçivə Sənədini müəyyənləşdirib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, təşkilatın tövsiyələrinin son versiyası “CISCO”, “İntel”, “ISTE” kimi qurumların iştirakı ilə UNESKO və “Microsoft” tərəfindən 2011-ci ildə yekunlaşıb və UNESKO onu daimi olaraq təkmilləşdirməyi nəzərdə tutur.
Tövsiyələrdə vurğulanır ki, müasir müəllim üçün texnoloji savada yiyələnmək və bu savadı şagirdlərin formalaşdırılmasına yönəltmək yetərli deyil.
O, həmçinin şagirdləri ən sonda şəxsiyyətyönümlü vətəndaşların yetisdirilməsinə xidmət edən İKT bacarıqlarından düzgün istifadə, uğurlu əməkdaşlıq, qarşıya çıxan məsələlərin sərbəst analizi və həlli kimi bir çox bacarıqlara alışdırmaq qabiliyyətinə malik olmalıdır.
Bunun üçün müəllimlər təhsildə İKT-nin rolu anlayışını dəqiq bilməlidir. Digər tələblər kurrikulum və qiymətləndirmə, pedaqoji təcrübə, İKT üçün avadanlıq və proqram təminatı, təşkilat və təhsil prosesinin idarə edilməsi, eləcə də peşəkar inkişafdır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL