ABŞ hərbçilərinin öz “bulud”u olacaq
"Hewlett-Packard" korporasiyası ABŞ-ın Müdafiə Nazirliyi ilə saziş imzalayıb. Sazişə əsasən, korporasiya ABŞ-ın Müdafiə Nazirliyi üçün "bulud" xidməti yaradacaq. Amerika hərbçilərinin öz "bulud" xidmətlərinə 249 milyon dollar sərmayə yatıracağı bildirilir.
"HP" şirkətinin verdiyi bəyanata əsasən, yeni "bulud" xidməti həm ABŞ hökumətinin obyektlərində, həm də bir sıra ticarət məlumat mərkəzlərində yerləşdirilmiş mövcud məlumat mərkəzlərini birləşdirməli olacaqlar. Sazişin şərtlərinə əsasən, "HP" korporasiyası hərbçilərə "POD" və ya "Performance-Optimized Data Center" məlumat mərkəzinin xüsusi konfiqurasiyasını təqdim edəcək.Saziş 1 il üçün nəzərdə tutulub, əlavə məlumat verilməyib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL