waplog

2096 avtobusda intellektual avadanlıqlar quraşdırılıb


Bakıda nəqliyyatda mərkəzləşdirilmiş intellektual idarəetmə sisteminə tam keçid bu ilin ikinci yarısında mümkün olacaq. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.

O bildirib ki, mərkəzləşdirilmiş intellektual idarəetmə sisteminə tam keçid baş verdikdən sonra nəqliyyatda vahid kart ödəmə sisteminə baxmaq olar. Lakin N.Həsənov deyib ki, hazırda sözügedən sistem üzrə müəyyən hazırlıqlar aparılır. Onun sözlərinə görə, artıq 2096 avtobusda intellektual idarəetmə sistemilə əlaqədar olaraq müəyyən avadanlıqlar quraşdırılıb.

N.Həsənovun qənaətincə, əgər bu idarəetmə sistemi tam işə düşərsə, marşrutlar arasındakı intervalların avtomatik tənzimlənməsinə, sürücülərə avtomatik rejimdə göstərişlərin verilməsi və onlara nəzarətin həyata keçirilməsinə, həmçinin avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə, avtobuslar və marşrutlar üzrə daşınan sərnişinlərin miqdarı haqqında məlumatların toplanmasına, sıradan çıxmış avtobusların xətdən çıxarılması və ehtiyat avtobusların xəttə daxil edilməsi proseslərinin avtomatik idarə olunmasına, pik saatlarda avtobusların sayının tənzimlənməsinə xidmət edəcək: «Üstəlik, yeni sistem avtomobillərin sıxlığından asılı olaraq işıqforların tam avtomatik idarə olunmasına da kömək edəcək. Yollarda, dayanacaqlarda və park yerlərində qəzalar haqqında məlumatların toplanması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi mümkün olacaq».

N.Həsənov onu da əlavə edib ki, Azərbaycana yeni gətirilən marşrutlarda da bir sıra yeniliklər gözlənilir. Onun sözlərinə görə, bu yenilik avtobusa əlillərin minib-düşməsini asanlaşdırmaq məqsədilə bir sıra texniki avadanlıqlar quraşdırılmasından ibarətdir: «Üstəlik, marşrut avtobuslarının dayanacaqdan kənarda saxlama hallarının qarşısını almaq üçün cərimənin miqdarı artırılaraq 60 manata çatdırılıb.

Bu istiqamətdə cərimələrin artırılmasından sonra dayanacaqdankənar saxlamaların sayı xeyli azalıb və belə halların tamamilə qarşısının alınmasında gələcəkdə işə düşəcək mərkəzləşdirilmiş idarəetmə sistemi böyük əhəmiyyət daşıyacaq».


SEYMUR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL