Şagirdlər arasında intellektual yarışma keçirilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) yeddinci sinif şagirdləri arasında ənənəvi "Bilici" intellektual yarışması keçirilib.
MTK-dan verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsinin məqsədi şagirdlərin intellektual biliklərini və dünyagörüşlərini inkişaf etdirməkdir.
Üç mərhələdən ibarət yarışmada alternativ suallara cavab verərək ikinci mərhələyə keçən şagirdlər digər iki mərhələdə Azərbaycanın milli kinoları haqqında sualları cavablandırıblar.
Məktəbin VII sinif şagirdi Namiq Dəmirov yarışmanın qalibi olub. Tədbirdə Azərbaycanın milli kino tarixi haqqında maraqlı məlumatlar verilib, videoçarx nümayiş etdirilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL