“Sosial servislərin tədris prosesində rolu” müzakirə olunub
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində Multimedia Mərkəzi ilə birgə “Sosial servislərin tədris prosesində rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
“Sosial servislər və onlardan müasir tədris prosesində səmərəli istifadə” mövzusunda çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin treninq və monitorinq şöbəsinin rəisi Ramil Süleymanov internet texnologiyalardan, sosial media alətlərindən təhsil məqsədləri üçün səmərəli istifadənin üstünlüklərini diqqətə çatdırıb.
“Dəyirmi masa”da mövcud İKT mühitindən səmərəli istifadə edilməsinin, hər bir fənn üzrə elektron tədris resurslarının, metodiki təminatın yaradılmasının, beynəlxalq təcrübədən yararlanmaqla internetdəki sosial servislərin pedaqoji imkanlarını araşdırmaq və faydalı tərəflərindən tədris prosesində istifadə yolları müzakirə olunub.
Tədbir “Sosial servislərin pedaqoji imkanlarından səmərəli istifadə mexanizmlərinin hazırlanması və İKT-dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilib. İREX təşkilatı tərəfindən dəstəklənən layihə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Elektron məktəb” layihəsinə qoşulan təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində gerçəkləşəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL