“Rabitə” yenə qalib gəldi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının final mərhələsinin ilk turu keçirilib.
Həlledici mərhələnin ilk görüşündə ölkə çempionu “Rabitə Bakı” və Çellenc Kuboku yarışlarının qalibi “Lokomotiv” qarşılaşıb. Görüş “Rabitə Bakı”nın 3:0 (25:10, 25:18, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci oyununda isə “Azərreyl” Çellenc Kuboku yarışlarının gümüş mükafatçısı “Bakı”nı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” rəqibini 3:0 (25:23, 25:16, 25:19) hesabı ilə məğlubiyyətə uğradıb.Bu turda finalın 5-ci iştirakçısı “İqtisadçı” istirahət edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL