waplog

“Sony” şirkətinin filialına yeni baş direktor təyin edildi


“Sony” korporasiyasının filialı olan “Sony Mobile Communications” şirkətinin baş direktoru və prezidenti Kunimasa Suzuki təyin edilib.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, Kunimasa Suzuki yeni vəzifəsində Bert Nordberqi əvəz edəcək. Bert Nordberq isə “Sony Mobile”-in idarə heyətinin sədri olacaq. Şirkətin yeni direktoru vəzifələrinin icrasına 2016-cı il mayın 16-da başlayacaq.

Məlumat üçün bildirim ki, Yaponiya istehsalçısı 2012-ci il fevralın ortasında mobil telefonların istehsalı üzrə birgə müəssisədə “Ericson” şirkətinin 50%-lik səhmini satın aldıqdan sonra “Sony Ericsson”-un adı “Sony Mobile” kimi dəyişdirildi. “Ericsson” şirkəti birgə müəssisədəki öz hissəsindən əlavə, “Sony” korporasiyasına mobil texnologiyalar üçün patent paketini də verib.
 




EMİL   


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL