“Samsung” yeni mobil xidməti istifadəyə verib
“Samsung” şirkəti “Samsung AdHub Market” adlı mobil xidmətinin yarandığını elan edib. “OpenX Technologies” şirkəti isə “Samsung”-un partnyoru olub.
“İCTnews” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, “Samsung AdHub Market” – bu, “Google” və “Apple” korporasiyalarının analoji xidmətlərinin birbaşa rəqibidir. “Samsung” şirkəti bu xidmət sayəsində reklamdan əlavə mənfəət əldə edəcək.
Xidmətin istifadəyə verilməsindən əvvəl “Samsung” şirkətinin mobil reklam bazarını öyrənməsi üçün xeyli işlər gördüyünü nəzərə alsaq o, uğur əldə edə bilər.
Mütəxəssislərin hesablamalarına görə, yaxın bir neçə ildə dünya şirkətləri mobil reklamlar sayəsində 11 milyard dollar qazanacaqlar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL