waplog

“Gartner”: “2012-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 2.5 faiz artacaq”


“Gartner” analitik şirkətinin proqnozuna görə, 2012-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 2010-cu illə (3.66 trilyon dollar) müqayisədə 2.5 faiz artaraq 3,75 trilyon dollar təşkil edəcək.

“İCTnews” elektron xəbər xidməti “business.compulenta.ru” saytına istinadən bildirir ki, ən böyük artım telekommunikasiya avadanlığı seqmentində gözlənilir. Mütəxəssislərin proqnozuna görə, bu seqmentdə xərclər 6,9% artaraq 472 milyard dollar təşkil edəcək.

“Gartner” analitik şirkətinin proqnozuna görə, kompyuter avadanlığı satışlarından əldə ediləcək mənfəət 4,3% artaraq 421 milyard dollar təşkil edəcək. Korporativ sinif üçün hazırlanmış proqram təminatı seqmentində 5 faizlik artım gözlənilir.

“Gartner” analitik şirkəti, həmçinin qeyd edib ki, 2012-ci ildə kiçik və orta biznes sektorunda İT xərclər təxminən 874 milyard dollar təşkil edəcək, 2016-cı ilədək isə bu rəqəm  1 trilyon dolları ötəcək.

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL