waplog

Tayvanın “HTC” şirkəti son 10 il ərzində ən böyük zərərə məruz qalıb


Tayvanın "HTC" şirkəti son 10 il ərzində ən böyük zərərə məruz qalıb."İCTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin birinci rübündə "HTC" şirkətinin xalis mənfəəti 4,46 milyard Tayvan dolları (təxminən 151 milyon ABŞ dolları) təşkil edib.

Bu göstərici isə 1 il əvvəl ilə müqayisədə 70% azdır. Hesabat dövründə satışlar 35% azalaraq 67,8 milyard Tayvan dolları təşkil edib, halbuki şirkət 65-70 milyard Tayvan dolları səviyyəsində mənfəət əldə edəcəyini gözləyirdi.

"Biz yeni məhsulları dördüncü rübdə təqdim etməklə səhv etdik. Bu məhsulların həm form-faktoru, həm də dizaynı daha yaxşı ola bilərdi. Bu bizə dərs oldu". "HTC" şirkətinin maliyyə direktoru Uinstion Yunq bu fikirdədir.Şirkət mobil telefon satışlarının göstəricilərini, həmçinin 2012-ci il ikinci rübü üçün proqnozunu açıqlamayıb.

 



EMİL




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL