Ümumtəhsil müəssisələrinə elektron ərizələrin qəbulu avqustda başlayacaq
İnteraktiv xidmətlərini genişləndirən Təhsil Nazirliyinin elektron xidmətlər siyahısında ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizənin təqdim edilməsi də var. Ümumi təhsil müəssisələrinə elektron ərizələrin qəbuluna isə 2012-ci ilin avqust ayında başlanılacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında mövcud qaydalara görə, ümumtəhsil məktəblərinə şagird qəbulu I və X siniflər üzrə aparılır. Uşaqların I sinfə qəbulunu ümumtəhsil məktəbində direktorun əmri ilə təşkil olunmuş komissiya həyata keçirir.
Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu və həkimi, Valideyn-Müəllim Assosiasiyasının nümayəndəsi daxil edilir. Məktəbin direktoru isə komissiyanın sədri olur.
Bir qayda olaraq, ümumtəhsil məktəblərinin I siniflərinə hər il sentyabrın 15-dək (15-i də daxil olmaqla) 6 yaşı tamam olan əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər. 6 yaşı 16 sentyabr - 31 oktyabr müddətində tamam olmuş istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu isə məktəbdə təşkil edilmiş komissiyanın rəyi əsasında həyata keçirilir.
6 yaşı noyabr ayı ərzində tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir. Uşaqların I sinfə qəbulunun tamamlanmasına gəlincə, bu proses sentyabrın 15-dək başa çatdırılır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL