waplog

“Samsung”un optimist ümidləri


Cənubi Koreyanın "Samsung Electronics" şirkəti 2012-ci ilin I rübünün nəticəsinə görə, mobil bölməsinin uğuru sayəsində rekord həcmdə əməliyyat mənfəəti əldə edəcəyinə ümid edir.

"İCTnews.az" elektron xəbər xidməti bildirir ki, "Samsung" şirkətinin hesablamasına görə, 2012-ci ilin ilk 3 ayı ərzində şirkətin əməliyyat mənfəəti 5,6 – 6 trilyon Cənubi Koreya vonu (Amerika valyutasında 5 - 5,3 milyard dollar) arasında dəyişiləcək. Müqayisə üçün qeyd edim ki, 2011-ci ilin birinci rübündə Cənubi Koreya nəhənginin əməliyyat mənfəəti 2,95 trilyon von təşkil edib. Əvvəlki rekord (5,3 trilyon von) 2011-ci ilin son rübündə qeyd edilib.

"Samsung"un hesablamasına görə, şirkətin satışlardan əldə olunacaq rüblük mənfəəti 44 - 46 trilyon von (39 - 40,7 milyard ABŞ dolları) təşkil edəcək.

Şirkət tərəfindən dərc edilmiş göstəricilər ilkindir; hələ ki xalis mənfəət  və digər bölmələrin mənfəəti haqqında məlumat verməyib. Rübün nəticəsi üzrə son nəticələr bu ay ərzində bir qədər sonra elan ediləcək.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL