waplog

“Elektron imza” almaq istəyənlərin sayı artır


"Elektron imza"  almaq istəyənlərin sayı artır. Artıq bir neçə qurum Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinə (MHM) müraciət edib. Bu yaxınlarda  «Aztelekom» İstehsalat Birliyi 350 elektron imza sifariş edib".

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə MHM-in baş mütəxəssisi, «E-imza» layihəsinin rəhbəri Nadir Rəsulov məlumat verib. O bildirib ki, hazırda mərkəz  Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin əməkdaşlarına "elektron imza" vermək üçün işlər aparır.

"Hazırda intensiv işlər görülür. Onlarla yeni müqavilələr bağlamışıq. Yeri gəlmişkən, onu da deyim ki, İqtisadi İnkişaf,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də "elektron imza" almaq üçün müraciət edən qurumlar arasındadır".
 
SEYMUR 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL