waplog

“Sony” işçilərinin 6 faizini ixtisar edəcək


Yaponiyanın “Sony” korporasiyası heyətini 6 faiz azaltmağa hazırlaşır. Buna səbəb şirkətin ardıcıl olaraq dördüncü dəfə illik zərərə məruz qalmasına dair proqnozudur. Beləliklə, şirkətin 10 mindən çox əməkdaşı işindən məhrum olacaq. Bu barədə gündəlik “Nikkei” işgüzar qəzetinə istinadən “Bloomberg” informasiya agentliyi məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, işdən azad edilmiş əməkdaşların yarısı kimyəvi məhsulların, kiçik və orta ölçülü panellərin istehsalı ilə məşğul olan müəssisələrdə işləyəcəklər. Məlumat üçün bildirim ki, 2012-ci il martın 31-nə ola vəziyyətə görə, “Sony” korporasiyasının heyəti 168,2 mindən çox idi.

Şirkət illik zərərinin 2,7 milyard dollar həcmində olacağını proqnozlaşdırır; bu isə keçən ilin göstəricisini təxminən 2 dəfə ötür. Bunun səbəbi Taylandda baş vermiş daşqın nəticəsində istehsalın azalması, “Samsung” şirkəti ilə birgə panellərin istehsalı üzrə müəssisədən ayrılması və s-dir.Qeyd edim ki, 2005-ci ildən bəri “Sony” korporasiyasının kapitallaşdırma dəyəri təxminən 60% azalıb.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL