“Microsoft” yenə patent alır
"Microsoft" korporasiyası 1,056 milyard dollara "AOL" şirkətinin 800 patentini satın alıb.
"İCTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Microsoft" korporasiyası "AOL" internet şirkətinin 800-dən çox patentinə hüquq əldə edəcək. Saziş bağlandıqdan sonra internet şirkətin sərəncamında 300-dən çox patent qalacaq.
Şirkətlər, həmçinin lisenziyalaşdırma haqqında saziş imzalayıblar: "AOL" şirkəti "Microsoft" korporasiyasına satdığı patentlərdən istifadə hüququna, "Microsoft" isə "AOL" şirkətinin sərəncamında olan patentlərdən istifadə hüququna malik olacaq.2012-ci ilin sonuna kimi sazişi bağlamaq planlaşdırılır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL