waplog

Yeni günəş paneli folqadan daha nazikdir


Avstriya və Yaponiyadan olan tədqiqatçılar qrupu “Nature” elmi jurnalının son nömrəsində rekord dərəcədə nazikliyi ilə fərqlənən tamamilə yeni tip günəş panel hazırlaması haqqında məlumat veriblər. Günəş panelinin qalınlığı cəmisi 1,9 mikrometrdir. Panel görünüşcə panelə deyil, nazik folqa və ya çox nazik izolyatora oxşayır.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, istehsalçılar qeyd ediblər ki, panel elə elastikdir ki, onu insanın saçının ətrafında sarımaq olar.

Çox nazik günəş paneli müxtəlif sahələrdə tətbiq edilə bilər. Günəş panelinin çəkisi o qədər azdır ki, onu insan əli ilə hiss etmək mümkün deyil. Buna görə də o, geyimə, mobil elektron qurğulara, uçuş aparatlarına, yaşlı insanlar üçün nəzərdə tutulmuş tibbi tənzimçilərə, kosmik texnikaya və s-ə quraşdırıla bilər.






Yeni panellərin əsas üstünlüyü onun genişlənməsidir. Digər sözlə, günəş paneli nə qədər çoxdursa, bir o qədər daha çox elektrik enerjisi yaradır. Həmçinin, çox nazik olması və elastikliyi sayəsində yeni günəş paneli sınma və deşilməyə qarşı davamlıdır. Xüsusilə, onu 300% dartıb uzatmaq olar və bu halda panel işləməyə davam edəcək.Alimlərin sözlərinə görə, yeniliyin ticarət həlli təxminən 5 il sonra yaradılacaq.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL