Bu tədris ilində informasiya texnologiyaları ixtisaslarına üstünlük veriləcək
2012/2013-cü tədris ilində azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün informasiya texnologiyaları və nanotexnologiya ixtisaslarına üstünlük veriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, respublikamızın kadrlara olan tələbatı nəzərə alınaraq artıq növbəti tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə prioritet ixtisas istiqamətləri müəyyənləşib.
Qeyd olunan ixtisaslarla yanaşı, ölkə üçün prioritet sahələrə biologiya, fizika, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, neft sənayesi, riyaziyyat, tibb və turizm də daxildir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL