waplog

“Commodore” şirkətinin banisi Cek Tremiel dünyasını dəyişib


Əfsanəvi kompyuter istehsalçısı olan "Commodore International" şirkətinin banisi Cek Tremiel aprelin 8-də dünyasını dəyişib. Onun 83 yaşı var idi. Cek Tremielin 1980-ci illərdə İT sənayeyə təsirini Stiv Cobsun XXI əsrdə əldə etdiyi nailiyyətlər ilə müqayisə edirlər. O, Polşada yəhudi ailəsində anadan olub.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən  bildirir ki, o, bir müddət taksi şoferi işləyib, daha sonra çap maşınlarının təmiri ilə məşğul olub və 1954-cü ildə "Commodore Portable Typewriter" şirkətinin əsasını qoyub. Cek Tremiel tədricən hesab maşınları, daha sonra  kalkulyator istehsal etməyə başladı.

Şirkət 1976-cı ildə "MOS Technology" mikrosxem istehsalçısını satın aldı. 1 ildən sonra Cek Tremielin ilk  kompyuteri işıq üzü gördü. Kompyuter 1 MHs (meqahers) prosessor, 4 KB əməli yaddaş, quraşdırılmış klaviatura və 9 düymlü ağ-qara (monoxrom) monitorla təchiz olunmuşdu.






"Commodore PET" 
 
Lakin ilk kompyuter şirkətə uğur gətirmədi. Bundan 3 il sonra "Commodore VIC-20" kompyuteri istehsal edildi. Onun satışları 2,5 milyonu ötdü. Bu model 1985-ci ilə qədər istehsal edildi. Əvvəlki modeldən fərqli olaraq, kompyuter videoçip ilə təchiz edilmişdi və 184×176 təsvir ölçüsünə malik rəngli qrafikanı əks etdirə bilirdi.







"Commodore VIC-20"

Lakin "Commodore 64" modeli həqiqətən əfsanəvi oldu. Bu model 1982-ci ildə təqdim edildi. 1994-cü ilə qədər qurğunun 17 milyondan çox nüsxəsi satıldı. Bu modeli televizora qoşmaq və oyun oynamaq mümkün idi. Qiyməti 595 dollar idi.





"Commodore 64"
 
Cek Tremiel 1984-cü ildə şirkətdə baş vermiş münaqişəyə görə "Commodore International" şirkətindən ayrıldı və "Atari" şirkətinin bir  hissəsini satın aldı. Sonralar onun əsasında "Atari Corp" şirkətini yaratdı.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL