Ünvanlı sosial yardım alanlara SMS-lə məlumat veriləcək
Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 3.6-cı bəndinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) elektron xidmətlərin təşkili sahəsində 2012-ci ilin fevral ayı ərzində bir sıra işlər görülüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev “İCTnews.az” elektron xəbər xidmətinə bildirib ki, QHT-lərlə birgə müzakirələr aparılıb və onların rəy və təklifləri nəzərə alınaraq ƏƏSMN-in rəsmi veb-səhifəsinin dizaynı təkmilləşdirilib, təqdim edilən məlumatların daha bir hissəsi rus və ingilis dillərinə tərcümə olunub.
A.Əliyevin sözlərinə görə, nazirlik tərəfindən göstəriləcək elektron xidmət növlərinin Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq dəqiqləşdirilməsi işləri başa çatdırılıb: «2012-ci ilin fevral ayında dəqiqləşdirilmiş siyahı əsasında elektron xidmət növləri üzrə hazırlanmış reqlamentlər üzrə texniki tapşırıqların hazırlanmasına başlanılmışdır. Məlum olduğu kimi, ünvanlı dövlət sosial yardımı üçün alternativ müraciət mexanizmlərinin 2012-ci ilin əvvəllərindən ümumən 27 rayonda icrası təmin edilir.
Bununla bağlı olaraq, cari ilin fevral ayında rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri və poçt filiallarının əməkdaşlarının treninqlərə cəlb edilməsi və hazırlanıb müvafiq Təlimatlar üzrə əməkdaşların peşəkarlığının artırılması işləri davam etdirilib. Həmçinin, ünvanlı sosial yardım üçün sənədlərini alternativ qaydada təqdim etmiş vətəndaşların mobil nömrələrinə müraciətlərin statusu və vətəndaşların bank hesabına aylıq sosial yardım məbləğinin daxil olması ilə bağlı məlumatların Qısa Mesaj Servisi (SMS) vasitəsilə göndərilməsi üçün texniki işlər aparılıb».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL