Laboratoriyaların akkreditasiyası elektron qaydada aparılacaq
Milli Akkreditasiya Sistemində sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası elektron qaydada aparılacaq. Artıq bunun üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) Akkreditasiya üzrə E-xidmətlər fəaliyyətdədir.
Bu məqsədlə komitənin rəsmi saytında yerləşdirilən elektron xidmətlər bölməsi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin fərmanına uyğun olaraq hazırlanıb.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya olunması üçün müvafiq sənədlər təqdim olunmalıdır.
Belə ki, buraya uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) akkreditasiya olunması üçün sifariş, sınaq və kalibrləmə laboratoriyasının pasportu, uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) Əsasnaməsi, uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) keyfiyyət üzrə rəhbərlik sənədi daxildir.
Bunun üçün sənədlərə uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) akkreditasiya sahəsi və lazım olduğu hallarda orqanın fəaliyyət sahəsinə uyğun olaraq digər sənədlər də tələb oluna bilər: ”Müraciətlər, ərizələr və sənədlər “e_xidmet@azstand.gov.az” elektron poçt ünvanı vasitəsilə qəbul olunur və müvafiq qaydada icra olunur. Sənədlərin skan edilmiş surətləri elektron formada qəbul olunur, zəruri hallarda həmin sənədlərin əsli də tələb oluna bilər”.
Komitədən qeyd edilib ki, milli akkreditasiya sistemində sertifikatlaşdırma orqanlarının (keyfiyyətin, ətraf mühitin və digər idarəetmə sistemlərinin), inspeksiya fəaliyyəti ilə məşğul olan orqanların akkreditasiyası üzrə də elektron xidmətlər göstərilir. Bunun üçün də müvafiq sənədlərin təqdimi vacibdir.
Bu sənədlərə uyğunluğun qiymətləndirilməsi orqanının akkreditasiya olunması üçün sifariş, uyğunluğun qiymətləndirilməsi orqanının Əsasnaməsi, uyğunluğun qiymətləndirilməsi orqanının keyfiyyət üzrə rəhbərlik sənədi daxildir.
Sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması üçün uyğunluğun qiymətləndirilməsi orqanının akkreditasiya sahəsi və lazım olduğu hallarda orqanın fəaliyyət sahəsinə uyğun olaraq digər sənədlərin də tələb edilməsi istisna olunmur: ”Bu zaman da müraciətlər, ərizələr və sənədlər “e_xidmet@azstand.gov.az” elektron poçt ünvanı vasitəsilə qəbul edilir və müvafiq qaydada icra olunur. Sənədlərin skan edilmiş surətləri elektron formada qəbul olunur, amma zəruri hallarda həmin sənədlərin əsli də tələb oluna bilər”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL