Bu ildən ali və orta ixtisas məktəblərinə sənəd qəbulunda elektron imzadan istifadəyə başlanılır
2012-2013-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə ərizə qəbulunda ilk dəfə olaraq elektron imzadan istifadə olunacaq. “İCTnews” elektron xəbər xidməti bildirir ki, bu barədə yeni tədris ili üçün sənəd qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, sənəd qəbulu zamanı elektron imzası olan abituriyentlər bundan istifadə edə bilərlər: ”Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq.
Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər 2012-ci il aprelin 10-dan mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirirlər. Komissiyalar hər gün - şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Abituriyentlərin sənəd qəbulu mayın 16-da, ərizələrin təsdiqlənməsi isə mayın 18-də bitəcək”. M.Abbaszadə bildirib ki, qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL