Xarici Ticarət Evlərində ölkəmiz İT məhsulları ilə də təmsil olunacaq
İqtisadi İnkişaf Nazirliyi xarici ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması istiqamətində iş aparır. Bu barədə açıqlama verən iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib ki, xarici ölkələrdə yaradılacaq Azərbaycan Ticarət Evlərində ölkəmizin bütün sahələr üzrə məhsulları nümayiş olunacaq, eyni zamanda həmin məhsulların satışı həyata keçiriləcək. Bu, ölkəmizdə bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində çalışan şirkətlərin böyük marağına səbəb olub.
“Kür” Elekton Avadanlıqları İstehsalı müəssisəsinin rəhbəri Rizvan Osmanov İCTnews-ə açıqlama verərək bildirib ki, onlar bu layihəyə böyük maraq göstərirlər və elektron avadanlıqlarla ölkəmizi geniş şəkildə təmsil edə bilərlər. “Bestcomp Group” şirkətinin baş direktoru Rauf Həsənov da öz növbəsində layihəni uğurlu addım kimi dəyərləndirərək beynəlxalq sərgilərdən fərqli olaraq xaricdə Azərbaycan Ticarət Evlərinin yaradılması və brendlərimizin nümayiş olunması ilə yanaşı, satışının təşkil olunmasını ölkəmizin növbəti uğuru kimi dəyərləndirdi. Qeyd edək ki, hazırda xarici ölkələrdə azərbaycanlı iş adamlarının birliyinin yaradılması prosesi gedir və belə bir birlik artıq Gürcüstanda yaradılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL