“Facebook”da eşqbazlığa görə arvadının məşuqunu öldürdü
Pindun əyalətinin 34 yaşlı sakini həyat yoldaşı ilə onun virtual tanışlarından biri arasındakı yazışmanı oxuduqdan sonra həmin şəxsi öldürmək qərarına gəlib. Qısqanc ərin sözlərinə görə, arvadı və onun sosial şəbəkə dostu açıq-aşkar “oynaqlaşırmışlar”.
“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ər və virtual məşuq yerli qəlyanaltılardan birinin yaxınlığında münasibəti aydınlaşdırmağa qərar veriblər.
Qısqanc ər öz yoldaşının virtual məşuqunu iki dostu ilə birgə gözləyib. Onlar görüşə gəlmiş hədiyyə mağazasının 40 yaşlı sahibini amansızcasına döyüblər, lakin o, aldığı zərbələrdən sonra ölüb. Qətlə səbəb olan xanım isə bildirib ki, qurban ilə real həyatda heç vaxt görüşməyib, onlar yalnız “Facebook” vasitəsilə əlaqə saxlayıblar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL