waplog

“İntel” korporasiyası 200 dollarlıq məktəb planşeti təqdim edib


“İntel” korporasiyası “Studybook” adlı planşet təqdim edib. Planşetin məktəb şagirdləri üçün nəzərdə tutulduğu güman edilir.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, planşetin çəkisi 525 qramdır və o, 7 düym diaqonallı rəngli maye kristal ekranla, 1.5 QHs takt tezlikli “Atom Z650” prosessoru ilə təchiz edilib. Əməli yaddaş tutumu 1 qiqabaytdır.

“Studybook” planşeti, həmçinin “USB” və “HDMI” portları, qulaqlıqlar üçün birləşdirici, mikrofon, “microSD” və “SİM” kartlar üçün slot və 2 ədəd kamera ilə təchiz olunub. Avtonom iş müddəti 5,5 saata qədər təşkil edir.

Məktəb planşetinin korpusu plastik kütlədən hazırlanıb.
“Studybook” planşetinə həm “Windows 7”, həm də “Android 3.x” əməliyyat sistemi quraşdırıla bilər. Aparata ixtisaslaşdırılmış proqram təminatı quraşdırılacaq.

Planşeti “İntel” korporasiyası deyil, şirkət-partnyorlar istehsal edəcəklər. Məhz onlar “Studybook” planşetinin qiymətini müəyyən edəcəklər. Lakin  “İntel”in hesablamalarına görə, qurğunun qiyməti 200 dollardan baha olmayacaq.
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL