Yeni robot suşi və roll hazırlaya bilir
Yaponiyanın “Suzumo Machinery” sənaye istehsalçısı Tokio şəhərində keçirilmiş “World Food and Beverage Expo” sərgisində məşhur yapon təamları olan suşi və rollun sənaye dairəsində hazırlanması üçün nəzərdə tutulmuş robot təqdim edib. Robot yapon ərzaqlarının hazır dəstləri satılan restoran və ya supermarketlərdə də istifadə edilə bilər. Yeni “Shari” robotu müxtəlif konfiqurasiyalı 3600 rollu və içliyi "fırlada" bilir.
Mühəndislər bildiriblər ki, aşpaz tərəfindən hazırlanmış roll və robot tərəfindən hazırlanmış rollu dadına görə fərqləndirmək mümkün deyil. Robotun yeganə çatışmazlığı ölçüsünün böyük olması, həmçinin onun yemək hazırlanmasını tamamilə avtomatlaşdıra bilməməsidir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL