Yeni doğulan körpələrə verilən “Elektron sağlamlıq kartları”na nəzarət gücləndiriləcək
Səhiyyə Nazirliyi bu il yenidoğulanların “Elektron sağlamlıq kartları”na nəzarəti gücləndirəcək. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev sözügedən nazirliyin mətbu orqanı olan “Tibb” qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, 2012-ci ildə ana və uşaqların antenatal, intranatal və postnatal dövrlərdə sağlamlığının qorunmasına daha çox diqqət ayrılacaq: ”Qadınların doğuşa qədər, hamiləlik dövründə və doğuşdan sonra müayinədən keçməsi olduqca vacibdir. Bu məqsədin həyata keçirilməsinə poliklinikalar və digər xidmətlər cəlb ediləcək. Həmçinin, poliklinikalarda uşaqların mütəmadi yoxlanması da zəruridir.
“Elektron sağlamlıq kartları”na nəzarət gücləndiriləcək. Artıq müvafiq əmr var və bu əmrə uyğun olaraq, bütün stasionarlardan gündəlik dürüst məlumatların toplanmasına imkan verən avtomatlaşdırılmış sistem qaydaya salınacaq. İlin sonunda toplanmış məlumatlar ümumiləşdiriləcək və dürüst statistik məlumatları əldə edəcəyik”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL