waplog

“NASA”-da yeni atom saatının prototipi hazırlanıb


“NASA” kosmik agentliyinin əməkdaşları “The Deep Space Atomic Clock” adlı ən yeni atom saatının prototipini təqdim ediblər. Onun dəqiqliyi mövcud analoqlardan bir qədər yüksəkdir: alimlər laboratoriya şəraitində qurğudakı sabitliyin hələ ki 10 gün ərzində 1 nanosaniyə təşkil etməsinə nail ola biliblər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “The Deep Space Atomic Clock” atom saatları daha böyük “Technology Demonstration Missions” layihəsinin bir hissəsidir.

“NASA” mütəxəssisləri bu layihə çərçivəsində, həmçinin "günəş yelkəni" və lazer kommunikasiya sistemini hazırlayırlar. Bu sistemin iş sürəti mövcud radio analoqlardan 2 dəfə yüksək olacaq. Agentlik 2016-cı ilədək layihə üzərindəki işi və bütün sınaqları bitirməyi planlaşdırır.
 




EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL