Qazaxıstanda 1 milyon elektron imza verilib
Qazaxıstanda 1 milyon elektron imza verilib. “İCTnews.az” elektron xəbər xidməti “corp.cnews.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin əvvəlindən Qazaxıstanda təxminən 100000 elektron imza verilib. Müqayisə üçün: 2010-cu ildə 316000, 2011-ci ildə isə 478292 elektron imza verilib.
Hazırda Qazaxıstan Respublikasında "elektron hökumət" çərçivəsində 2000-dən çox informasiya, həmçinin 219 interaktiv və əməliyyat xidməti təqdim edilib.
Məlumat üçün bildirim ki, elektron imza – bu, şəxsən yazılmış imzanın analoqudur və o, xidmətlərdən onlayn rejimdə istifadə etmək imkanı yaradır. Elektron imza istifadəçilərə elektron sənədin həqiqiliyini təsdiq etmək imkanı yaradır.
Beləliklə, bu və ya digər elektron xidmətlərdən evdən çıxmadan və ya ofisdən istifadə etmək mümkündür. Həmçinin vaxta qənaət olunur.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL